525.Az

Dünyada ən pis peşə hansıdır?


 

Dünyada ən pis peşə hansıdır?<b style="color:red"></b>

ABŞ-da 2013-cü ilin ən pis peşəsinin müxbirlik, ən yaxşısının isə aktuarilik (maliyyə risklərini dəyərləndirən və ehtimal metodlarını tətbiq edən mütəxəssis) olduğu açıqlanıb.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, ölkənin bir karyera planlaşdırma şirkəti 25-ci dəfə "ilin peşəsi" araşdırmasının nəticələrini açıqlayıb. Statistika Təşkilatı, dövlət qurumları, həmkarlar ittifaqları, peşə-ixtisas məktəbləri və xüsusi sorğu firmalarının məlumatları nəzərə alınaraq hazırlanan analizin nəticələri çox maraqlı olub.

Atmosfer, gəlir, görünüş və stress kimi meyarlar nəzərə alınmaqla hazırlanan analizə görə, 2013-cü ilin ən yaxşı peşəsi ildə 91 min dollarlıq gəllirlə aktuarilik olub. Növbəti yerlərdə 85 min dollarla biotibbi mühəndislik və 89 min dollarla proqram mühəndisliyi gəlir.

Qəzet müxbirliyi isə hətta odunçuluq, neft sondaş işçiliyi, sayğac oxuyuculuğu kimi peşələrdən də sonra gəlib və ilin ən pis peşəsi seçilib.

Araşdırmaya görə, ildə orta hesabla 35 min 257 dollar qazanan qəzet müxbirləri ABŞ-ın ən pis peşəsini yerinə yetirir. Ən pis peşələr siyahısında ildə orta hesabla 33 min 124 dollar gəlirlə odunçuluq ikinci, 37 min 272 dollar gəlirlə müqavilə əsaslı hərbi xidmət üçüncü yerdədir.

 





24.04.2013    çap et  çap et