525.Az

İTV-də dəyişiklik: baş direktorun iki müavini və iki direktor işdən çıxdı


 

İTV-də dəyişiklik: baş direktorun iki müavini və iki direktor işdən çıxdı<b style="color:red"></b>

Bu gün İctimai Televiziya Radio Yayımları Şirkətinin bir qrup məsul əməkdaşı öz ərizələrinə əsasən işdən azad olunub. İşdən azad olunanlar bu şəxslərdir:

Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini;

Elman Qədirov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini;

Rafiq Nəbiyev - İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru;

İham Sərxanlı - İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru.

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. Bu postu Cəmil Quliyev tutub. Həmin günədək o, “Mədəniyyət” kanalının direktoru olub.

2005-ci ildə yaradılmış İctimai Televiziya Radio Yayımları Şirkətinin bundan əvvəlki baş direktoru İsmayıl Ömərov idi.

mediaforum

 





25.04.2013    çap et  çap et