525.Az

Mehman Hüseynovun məhkəməsinin vaxtı məlum oldu


 

Mehman Hüseynovun məhkəməsinin vaxtı məlum oldu<b style="color:red"></b> Bloger Mehman Hüseynov barəsində hökmdən verilən apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.
 
APA-nın xəbərinə görə, şikayətə martın 29-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
 
Qeyd edək ki, M. Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
 
M. Hüseynov Nəsimi rayon Polis İdarəsində saxlanılarkən təzyiqə məruz qalması barədə açıqlama verəndən sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
 





18.03.2017    çap et  çap et