525.Az

Fernandaonun qolu sındı


 

Fernandaonun qolu sındı <b style="color:red"></b>

"Fənərbaxça"nın futbolçusu Joze Fernandao zədələnib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçu Türkiyə superliqasının 25-ci turunda "Konyaspor"la matçın 34-cü dəqiqəsində top uğrunda mübarizədə rəqib komandanın qapıçısı Sərkan Kırıntılı ilə toqquşub. Nəticədə Fernandao sol əli üstündə yerə uğursuz düşüb. Meydanı xərəkdə tərk edən "sambaçı" xəstəxanaya çatdırılıb.

İlkin tibbi müayinədən keçən Fernandaonun sol qolunun dirsəyinin sümüyünün sındığı məlum olub. Onun bu gün əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, "Fənərbaxça" - "Konyaspor" görüşü qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 





18.03.2017    çap et  çap et