525.Az

Fransada prezidentlik uğrunda 11 namizəd mübarizə aparacaq


 

Fransada prezidentlik uğrunda 11 namizəd mübarizə aparacaq<b style="color:red"></b> Fransada prezident postu uğrunda 11 nəfər mübarizə aparacaq.

APA-nın məlumatına görə, bu barədə Fransanın Konstitusiya Məhkəməsinin yaydığı açıqlamada deyilir.
 
Bildirilir ki, namizədlər arasında Mari le Pen ("Milli cəbhə"nin lideri), Emmanuel Makron (müstəqil namizəd), Fransua Fiyon (Respublikaçılar partiyasının namizədi), Benua Amon və Nikolya Düpon-Enyan (hər ikisi Sosialistlər partiyasından), Jan-Lyuk Melanşonun (Solçular partiyasının lideri) adları var.
 
Namizədlərin tam siyahısı fotoda qeyd edilib.
 
Qeyd edək ki, Fransada prezident seçkiləri aprelin 23-də baş tutacaq.
 





18.03.2017    çap et  çap et