525.Az

Çanaqqala müharibəsi niyə baş verdi?


 

Çanaqqala müharibəsi niyə baş verdi?<b style="color:red"></b> 18 mart Çanaqqala Şəhidlərini Anma Günüdür
 
Çanaqqala müharibəsi - Birinci Dünya Müharibəsi əsnasında 18 mart 1915 - 9 yanvar 1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür (Türkiyədə Anzaklar adlandırılan bu hərbi qüvvə Birinci Dünya Müharibəsində İngiltərə ordusunda döyüşən, Avstraliya və Yeni Zelandiya əsgərlərindən ibarət olan birləşmiş ordu hissəsidir.)

İngiltərə, Fransa, Anzak ordu birləşməsi - İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, Almaniya müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girdilər. Ancaq hücumları müvəffəqiyyətsiz oldu və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkildi.
 
Bu döyüş məhvolma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi olaraq əfsanələşdi, hər kəsin xatirəsində əbədi qaldı.
 
Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etdi.
 
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra İngiltərə və Fransa donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilib. Müttəfiqlər üçünsə bu döyüş fəlakət sayılır.
 
Başlanğıc səbəbləri
 
Osmanlı dövləti 21 avqust 1914-cü ildə Almaniya ilə müqavilə imzalamışdı. Ancaq bu müqavilə Osmanlı dövlətinin döyüş hazırlığı zəif olduğu üçün gizli saxlanılırdı. Bu müqavilədən dərhal sonra səfərbərlik başlamışdı. Aralıq dənizində ingilis donanması qarşısında geri çəkilən alman ağır kreyserlərinin admiral Sukonun rəhbərliyi ilə 10 avqust 1914-cü ildə Çanaqqala boğazını keçərək İstanbula gəlmələri böyük bir gərginlik yaratmışdı. Alman donanmasına məxsus bu gəmilərin boğazdan keçməsinə icazə vermək döyüş səbəbi sayılacaqdı. Ancaq Osmanlı dövləti bu gəmilərin Almaniyadan satın alındığını açıqlayaraq gərginliyi azaltdı.
 
Haqqında danışılan gəmilər 16 avqust 1914-cü ildə Yavuz və Midilli adlarıyla Osmanlı donanmasına qatıldı. Bu gəmilərdəki alman dənizçiləri Osmanlı donanmasına aid zabit və əsgər formaları geyərək gəmilərdəki vəzifələrini davam etdirdilər, Admiral Souchon isə Osmanlı donanmasının komandanı oldu. Beləcə Almaniya yaxın gələcəkdə Ruisya limanlarına qarşı istifadə edilmək üçün iki böyük silahını Aralıq dənizindən keçirərək Qara dənizin yaxınına atmış oldu.
 
Admiral Souchon tabeliyində olan, Yavuz və Midillinin də içində olduğu Osmanlı donanması 27 oktyabr 1914-ci ildə Qara dəniz sahillərindəki Rusiya limanlarını bombardman edincə Rusiya İmperatorluğu və Birləşmiş Krallıq Osmanlı dövlətinə qarşı müharibə elan etdi.
 
Çanaqqalanın iqtisadi və strateji önəmi
 

Avropa cəbhələrindəki hadisələr İngiltərə və Fransanı müttəfiqləri Rusiyanı dəstəkləmək məcburiyyətində qoydu. Onsuz da Rusiya Almaniyaqa qarşı güclü təzyiqə malik deyildi. Məhdud sənaye həcmi ingilis və fransız dəstəyinə ehtiyac hiss etdirirdi. Fransa və İngiltərənin bu dəstəyi təmin etməsi üçün ola biləcək dörd yol var idi.
 
Şimal nəqliyyat xəttlərindən ikisi keçilməz idi. Şimal Dənizi, ilin çox böyük hissəsində donmuş olduğundan dəniz nəqliyyatına imkan vermirdi.
 
Baltik dənizi Almaniya Donanmasının nəzarətində idi.
 
Orta nəqliyyat yolu olan Avropa quru yolu da Almanlarda idi.
 
Dördüncü yol isə Osmanlı dövlətinin nəzarətində olan Çanaqqala və İstanbul boğazlarından keçən dəniz yolu idi.
 
Avropalılar zəif hesab etdikləri Osmanlı dövlətini boğazlardan bir hücumla qovacaqlarını düşünürdülər. Bu zaman Rusiyanın dəstəklənilməsi mümkün olacaqdı, həm də Osmanlı dövlətinin məğlubiyyəti ilə Almaniya bir müttəfiqini də itirmiş olacaqdı.
 
Qələbə çalacaqları təqdirdə Osmanlının idarəsində olan Süveyş Kanalı İngiltərənin Uzaq şərq nəqliyyat yolunu təmin etmiş olacaqdı.
 
Rusiya ilə Qaradəniz üzərindən dəniz nəqliyyatının açılması xüsusilə əhəmiyyətli idi. Boğazların ələ keçirilməsi İngilis və Fransız firmaları üçün böyük qazanclar gətirəcəkdi.
 
Savaşın başlanğıcı
 
19 fevralda 1915-ci ildə güclü Fransa qüvvələri ilə İngiltərənin Elizabet döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq ilk Çanaqqala hücumunu başlamış oldular. 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə qalxdı.
 
Dəniz müharibəsi
 
Mustafa Kamal Çanaqqala müharibəsində Conkbayırı Anafartalar və Arıburnunda hərdi vəzifələr yerinə yetirirdi. Döyüşlərin ilk günü Conkbayırındakı müdaxiləsi və döyüşün son mərhələlərində üzərinə götürdüyü vəzifələr Mustafa Kamalın hərbi qabiliyyətini ortaya çıxardı və o, "Anafartalar Qəhrəmanı" olaraq tanındı. Bundan sonrakı döüylərdə Mustafa Kamalın sərkərdə kimi milli liderliyini ortaya çıxmağa başladı.
 
Osmanlı ordusu vǝ dǝniz qüvvǝlǝrinin böyük zǝfǝri ilǝ nǝticǝlǝnǝn Çanaqqala müharibəsi İngiltərə vǝ Fransa donanmalarının ağır itkilǝr verǝrǝk geri çǝkilmǝsilǝ sona çatdı. Bu qüvvǝlǝr boğazı dǝnizdǝn keçǝ bilmǝyǝcǝklǝrini başa düşǝrǝk quruda döyüş başladılar. Türk millǝtinin cǝsarǝt vǝ fǝdakarlığı və böyük itkilǝr verilmǝsi nəticəsində Çanaqqala boğazı işğalçı qüvvǝlǝr tǝrǝfindǝn ələ keçilǝ bilmǝdi.
 
“Çanaqqala keçilmǝz” məşhur ifadəsi yarandı.
 
Çanaqqala dǝniz zǝfǝrinin bu ildönümünü Türkiyə və onu sevən ölkələr böyük fəxr və qürurla qeyd edir.
 





18.03.2017    çap et  çap et