525.Az

Almaniya prezidentinin səlahiyyəti Ştaynmayerə təhvil veriləcək


 

Almaniya prezidentinin səlahiyyəti Ştaynmayerə təhvil veriləcək<b style="color:red"></b> Bu gün Berlində Almaniya prezidentinin səlahiyyətinin təhvil verilməsi ilə bağlı simvolik mərasim təşkil ediləcək.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya prezidenti postu formal olaraq Yoahim Haukdan sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayerə keçəcək.
 
Mərasim simvolik xarakter daşıyır. Yeni prezident  F. V. Ştaynmayer səlahiyyətlərinin icrasında martın 20-də başlayır. Andiçmə mərasimi isə martın 22-də keçiriləcək.
 





19.03.2017    çap et  çap et