525.Az

Parisdə nümayişçilərlə polis arasında toqquşma


 

Parisdə nümayişçilərlə polis arasında toqquşma <b style="color:red"></b> Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib.
 
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər saxlanılıb, 2 polis əməkdaşı yüngül xəsarət alıb.
 
Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Fransanın paytaxtında polis zorakılığına qarşı aksiyada 8 minədək insan iştirak edib.
 
Xatırladaq ki, fevralın 2-də Parisdə qaradərili gənc sənədlərin yoxlanılması zamanı polis zorakılığına məruz qalaraq xəstəxanaya yerləşdirilib. Hadisə Fransada kütləvi etirazlara səbəb olub.
 





20.03.2017    çap et  çap et