525.Az

İsrail “Hizbullah”-ın mövqelərinə hava zərbələri endirdi


 

İsrail “Hizbullah”-ın mövqelərinə hava zərbələri endirdi<b style="color:red"></b> Suriya-Livan sərhədində İsrailin hərbi təyyarələri “Hizbullah” hərəkatının mövqelərinə hava zərbələri  endirib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hədəfdə “Hizbullah-ın silah daşıyan konvoyları olub.
 
Martın 17-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyadakı hədəflərə aviazərbələr endirərkən zenit raketlərindən atəşə tutulub. Bundan sonra İsrailin müdafiə naziri Aviqdor Liberman Suriyanın havadan müdafiə sistemini məhv ediləcəyi ilə hədələyib.
 
Qeyd edək ki, 2013-cü ildə “Hizbullah” Bəşər Əsədə dəstək göstərəcəyini vəd edib.
 





20.03.2017    çap et  çap et