525.Az

MTRŞ sədri dərman reklamlarından danışdı


 

MTRŞ sədri dərman reklamlarından danışdı<b style="color:red"></b> Milli Teleradio Şurasının (MTRŞ) sədri Nurşirəvan Məhərrəmli televiziyalarda dərmanların reklam olunması məsələsinə münasibət bildirib.

Lent.az-ın məlumatına gör, Şura sədri jurnalistlərə açıqlamasında deyib ki, bununla bağlı Səhiyyə Nazirliyindən onlara dərman preparatlarının siyahısı göndərilməyib: “Bununla bağlı rəy Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Nazirlik eyni zamanda tibb müəssisələri ilə bağlı da bizə rəyini bildirməlidir. Belə ki, Səhiyyə Nazirliyi dövlət qeydiyyatından keçən tibb müəssisələrinin siyahısını MTRŞ-ya təqdim etməlidir”.
 
N. Məhərrəmli onu da bildirib ki, MTRŞ televiziyalarda nümayiş olunan hər bir reklamla bağlı araşdırma apara bilməz. “Ola bilsin ki, reseptsiz dərmanlar da reklam olunur. Dərman və tibb ocaqlarının reklam olunması ilə bağlı məsələ Səhiyyə Nazirliyinə aiddir”-deyə, MTRŞ sədri əlavə edib.
 





26.04.2013    çap et  çap et