525.Az

Cansu Dere "Mühteşem Yüzyıl"dan ayrılacaq


 

Cansu Dere "Mühteşem Yüzyıl"dan ayrılacaq<b style="color:red"></b> "Mühteşem yüzyıl" serialının rejissoru Timur Savcı filmə yeni qatılan aktrisa Cansu Dere ilə bağlı maraqlı açıqlama verib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, rejissor serialında məşhurlara yol verməyin tərəfdarı olmadığını bildirib. "Bəs Cansu Derenin serialda nə işi var?" sualına isə o belə cavab verib:

"Hürrəm Sultan Firuzəni İzmir Marşıyla yola salacaq. Firuzə obrazının sayəsində Hürremin qarşısında heç kimin dura bilməyəcəyini göstərdim. Cansu Dere uzun müddətdən sonra qonaq olaraq aramıza qatılmasından razı saldığımız aktrisadır. Tezliklə serialdakı rolu bitəcək. O, sadəcə tərifə layiqdir".

Xatırladaq ki, ""Mühteşem Yüzyıl" serialında Hürrem Sultanın saraydakı ən böyük rəqibi olan Firuzəni canlandıran Cansu Dere seriala bu mövsüm qatılıb.

 





30.09.2012    çap et  çap et