525.Az

Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış


 

Riyaziyyat və Mexanika İnstitutunun tarixi: <b style="color:red">keçmişə, bu günə və gələcəyə bir baxış</b>

(əvvəli 18 mart saylarımızda)

Hörmətli oxucular, hal - hazırda Riyaziyyat və Mexanika İnstitutunda 222 nəfər işçi çalışır. Onlardan 39 nəfər riyaziyyat üzrə elmlər doktoru, 68 nəfər riyaziyyat üzrə fəlsəfə doktorudur.

İnstitutda mənimlə bərabər çiyin-çiyinə çalışanların əksəriyyətini yaxından tanıyıram. Bəziləri ilə 1960-70-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində eyni vaxtda təhsil almışam. Bəziləri mənim universitetdə çalışdığım illərdə tələbə olublar. Bu səbəblərdən də yeni kollektivə alışmaq, onlarla ümumi dil tapmaq mənə o qədər də çətin olmadı. Ötən 4 il ərzində institut əməkdaşları ilə birgə vahid komanda şəklində çalışıb mühüm yeniliklərə imza atmışıq. Hazırda institutda 2020-ci ilə qədər aparılacaq elmi tədqiqat işlərinin prioritet istiqamətləri üzərində çalışırıq.

Məlumat üçün bildirim ki, institutda ümumilikdə 22 şöbə fəaliyyət göstərir. Onlardan aşağıda göstərilən 14 şöbə elmi fəaliyyətlə məşğuldur: Funksional analiz, Funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər, Riyazi analiz, Riyazi fizika tənlikləri, Cəbr və riyazi məntiq, Optimal idarəetmə, Qeyri-harmonik analiz, Hesablama riyaziyyatı və informatika, Tətbiqi riyaziyyat, Elastiklik və plastiklik nəzəriyyəsi, Dalğa dinamikası, Sürüncəklik nəzəriyyəsi, Maye və qaz mexanikası.

Son illərdə AMEA-da aparılan əsaslı elmi və təşkilatı islahatlar nəticəsində 3 köməkçi şöbə yaradılıb: Beynəlxalq əlaqələr, Təhsil, İctimayətlə əlaqələr. Düşünürəm ki, şöbələrin tarixi və indiki durumu haqqında qısa məlumat vermək yerinə düşərdi.

Funksional analiz şöbəsi 1959-cu ildə yaradılıb. Bu şöbənin ilk rəhbəri akademik Zahid Xəlilov olmuşdur. Hazırda şöbəyə professor Həmidulla Aslanov rəhbərlik edir, şöbədə 7 elmlər doktoru, 7 fəlsəfə doktoru çalışır. Ümumilikdə 20 nəfərin fəaliyyət göstərdiyi şöbədə “Diferensial operatorların spektral analizi” və “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi” mövzularında elmi tədqiqat işləri aparılır.

Funksiyalar nəzəriyyəsi şöbəsi 1959-cu ildə yaradılıb. Bu şöbənin ilk rəhbəri akademik İbrahim İbrahimov olmuşdur. Hazırda şöbəyə riyaziyyat elmləri doktoru Vüqar İsmayılov rəhbərlik edir. Şöbədə 2 elmlər doktoru, 3 fəlsəfə doktoru çalışır. Ümumilikdə 7 nəfərin çalışdığı şöbədə “Çoxdəyişənli funksiyaların ridge funksiyalar, neyron şəbəkələr, xətti və qeyri-xətti superpozisiyalarla yaxınlaşması, funksional fəzalar üçün daxilolma teoremləri” üzrə tədqiqatlar aparılır.

Diferensial tənliklər şöbəsi 1959-cu ildə yaradılıb. Bu şöbənin ilk rəhbəri profesor Şamil Vəkilov olmuşdur. Xüsusi olaraq qeyd etmək istərdim ki, 1970-1976-cı illərdə şöbəyə dünya şöhrətli alim, akademik Mirabbas Qasımov rəhbərlik etmişdir. Hazırda şöbəyə professor Əkbər Əliyev rəhbərlik edir.

Şöbədə 8 elmlər doktoru və 3 fəlsəfə doktoru çalışır. Ümumilikdə 14 nəfərin çalışdığı şöbədə, “Xüsusi törəməli diferensial operatorlar nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda tədqiqat işləri aparılır.

Riyazi analiz şöbəsi 1981-ci ildə yaradılmış, şöbənin ilk rəhbəri akademik Akif Hacıyev olmuşdur. Hazırda şöbəyə AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev rəhbərlik edir. Şöbədə 2 elmlər doktoru, 8 fəlsəfə doktoru çalışır. Ümumilikdə 16 nəfərin çalışdığı şöbədə “Harmonik analizin müasir problemləri” mövzusunda elmi-tədqiqat işləri aparılır.

Riyazi fizika tənlikləri şöbəsi 1985-ci ildə yaradılıb. Bu şöbənin ilk rəhbəri dosent Rəşid Əliyev olmuşdur. Hazırda şöbəyə AMEA-nın müxbir üzvü, professor Rauf Hüseynov rəhbərlik edir. Şöbədə 3 elmlər doktoru, 7 fəlsəfə doktoru fəaliyyət göstərir. Ümumilikdə 13 nəfərin çalışdığı şöbədə “Riyazi fizika məsələlərinin həll olunan bilirliyi və həllin keyfiyyət xassələri” mövzusunda elmi-tədqiqat işləri aparılır.

Cəbr və riyazi məntiq şöbəsi 1966-cı ildə yaradılıb. Bu şöbənin ilk rəhbəri Leonid Mustafayev olmuşdur. Sonralar şöbəyə dosent Rauf Bayramov rəhbərlik etmiş, hazırda isə dosent Əli Babayev rəhbərlik edir. Şöbədə 4 nəfər fəlsəfə doktoru çalışır. Ümumilikdə 11 nəfərin çalışdığı şöbədə “Topologiya, funksional analiz və nəzəri fizikada cəbr və məntiqin üsullarının tətbiqi” və “Nəsirəddin Tusinin riyaziyyat və məntiq elmlərinə zularında elmi-tədqiqat işləri aparılır.

Qeyri-harmonik analiz şöbəsi 2001-ci ildə yaradılıb. Yarandığı gündən şöbəyə AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov rəhbərlik edir. Şöbədə 1 elmlər doktoru, 12 fəlsəfə doktoru çalışır.Ümumilikdə 23 nəfərin çalışdığı şöbədə “Freym nəzəriyyəsi və onun tətbiqləri” və “Öz-özünə qoşma olmayan diferensial operatorların spektral xassələri” mövzularında elmi-tədqiqat işləri aparılır.

Hesablama riyaziyyatı və informatika şöbəsi 2001-ci ildə yaradılıb. Yarandığı gündən şöbəyə dosent Fariz İmranov rəhbərlik etmiş, hazırda isə dosent Həsən Nağıyev rəhbərlik edir. Şöbədə 6 nəfər fəlsəfə doktoru çalışır. Ümumilikdə 16 nəfərin çalışdığı şöbədə “İdarə olunan trayektoriyaların üçölçülü vəziyyətlər fəzasına ekran inkası üçün proqram kompleksinin yaradılmasının metodoloji əsaslarının işlənməsi” mövzusunda elmi-tədqiqat işləri aparılır.

Optimal idarəetmə şöbəsi 2016-cı ildə yaradılmış şöbəyə professor Misir Mərdanov rəhbərlik edir. Şöbədə 6 elmlər doktoru, 1 elmlər namizədi çalışır. Ümumilikdə 15 nəfərin çalışdığı şöbədə “Müxtəlif sistemlərlə təsvir olunan optimal idarəetmə məsələləri” və “Azərbaycanda riyaziyyat və mexanikanın inkişafı tarixindən”, “Təşkilat strukturlarında, o cümlədən, təhsil müəssisələrinin idarə olunmasında optimal qərarların qəbul edilməsi prosesini dəstəkləyən neyro-fuzzi üsulların və alqoritmlərin işlənilməsi” mövzularında elmi-tədqiqat işləri aparılır.

Tətbiqi riyaziyyat şöbəsi 2007-ci ildə yaradılmış, şöbəyə professor Qabil Əliyev rəhbərlik edir. Şöbədə 1- elmlər doktoru, 1 fəlsəfə doktoru çalışır. Ümumilikdə 6 nəfərin çalışdığı şöbədə “Kiçik ölçülü sistemlərdə fiziki mühitləri nəzərə almaqla özlü maye hidrodinamikasının əsasları” və “Toksiki maddələrlə zəhərlənmələrin məlumatlarının idarəedilməsi, dinamika sistemlərinin modelləşdirilməsi” mövzularında elmi-tədqiqat işləri aparılır.

Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsi 1969-cu ildə yaradılıb. Bu şöbənin ilk rəhbəri dosent İsax Məmmədov olmuşdur. Hazırda şöbəyə professor Vaqif Hacıyev rəhbərlik edir. Şöbədə 1-elmlər doktoru, 5- fəlsəfə doktoru çalışır. Ümumilikdə 9 nəfərin çalışdığı şöbədə “Qeyri bircins və anizatrop konstruksiya elementlərinin əyilməsi, dayanıqlığı və rəqsi hərəkətləri” mövzusunda elmi-tədqiqat işləri aparılır.

Dalğa dinamikası şöbəsi 1959-cu ildə yaradılıb. Bu şöbənin ilk rəhbəri professor Kərim Kərimov olmuş, sonralar həmin şöbəyə AMEA-nın müxbir üzvi Yusif Əmənzadə rəhbərlik etmişdir. Hazırda şöbəyə professor Cəfər Ağalarov rəhbərlik edir. Şöbədə 3-elmlər doktoru, 7- fəlsəfə doktoru çalışır. Ümumilikdə 11 nəfərin çalışdığı şöbədə “Bütöv mühitlə təmasda olan prizmatik cisimlərin və örtülərin dinamikası” mövzusunda elmi-tədqiqat işi aparılır.

Sürüncəklik nəzəriyyəsi şöbəsi 1996-cı ildən yaradılmış, hazırda professor Lətif Talıblı rəhbərlik edir. Şöbədə 1- elmlər doktoru, 3- fəlsəfə doktoru çalışır.

Ümumilikdə 10 nəfərin çalışdığı şöbədə “Deformasiyası dönməyən cisimlərin dəyişən yüklənməsi” mövzusunda elmi-tədqiqat işi aparılır.

1988-ci ildə yaradılmış Neftin və qazın qeyri-xətti mexanikası şöbəsinin rəhbəri dünya şöhrətli alim akademik Azad Mirzəcanzadə olmuşdur. 2002-ci ildə bu şöbənin bazasında Maye və qaz mexanikası şöbəsi yaradılıb. Hazırda şöbəyə AMEA-nın müxbir üzvi Qeylani Pənahov rəhbərlik edir. Şöbədə 1-elmlər doktoru, 4-fəlsəfə doktoru çalışır. Ümumilikdə 6 nəfərin çalışdığı şöbədə “Heterogen maye axınlarında sərhəd qatların qeyri-stasionar proseslərə təsirlərinin tədqiqi” mövzusunda elmi-tədqiqat işləri aparılır.

Təhsil şöbəsi 2016-cı ildə yaradılıb. Bu şöbənin rəhbəri professor Ədalət Axundovdur. Ümumilikdə 3 nəfər çalışan şöbə fəlsəfə doktoru, elmlər doktoru və magistratura proqramları üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təşkil edir. Təhsil şöbəsi magistr, doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil şöbəsi ilə əlaqələndirir və lazımi sənədlərin təqdim və Təhsil şöbəsi ilə əlaqələndirir və lazımi sənədlərin təqdim olunmasını təmin edir.

Beynəlxalq əlaqələr şöbəsi 2015-ci ildə yaradılıb. Şöbəyə dosent Eldar Abbasov rəhbərlik edir. Ümumilikdə 3 nəfər çalışan şöbə institutun xarici elmi mərkəzlər, təşkilatlar və şirkətlərlə elmi əlaqələrinin genişləndirilməsi və inkişafını təmin edir.

İctimaiyyətlə əlaqələr şöbəsi 2017-ci ildə yaradılıb, şöbəyə Aynurə Cəfərova rəhbərlik edir. Ümumilikdə 2 nəfər çalışan şöbə institutun elmi və ictimai fəaliyyətini ölkə və dünya ictimaiyyətinə çatdırmaq, institutun veb səhifəsinin operativ idarə olunmasını, yenilənməsini, məlumatların toplanmasını, emalını və 3 dildə (azərbaycan, ingilis və rus) dolğun, düzgün xəbərlərlə təmin etməkdən ibarətdir.

Riyaziyyat və Mexanika İnstitutuna yeni təyin olunduğum zaman diqqətimi çəkən məsələlərdən biri də, institutun müasir dövrün tələblərinə uyğun veb səhifəsinin olmaması idi. İKT sahəsində kifayət qədər bilik və bacarığı olan mütəxəssislərinin köməyi ilə qısa zaman ərzində bu problemi həll etməyə müvəffəq olduq.

Veb səhifənin ziyarətçiləri gün ərzində institutun saytındakı müxtəlif məlumatlardan faydalana bilərlər.

Saytın strukturu 24 əsas və 13 alt bölmədən ibarətdir. Bu bölmələrdə İnstitutun tarixi, indiki fəaliyyəti, rəhbərliyi, elmi şura, dissertasiya şurası, elmi və köməkçi şöbələrin əsas fəaliyyət istiqamətləri və əldə edilmiş elmi nəticələr haqqında məlumatlar əks olunur.

Səhifədə həmçinin İnstitutun, şöbələrin illlik, yarım illik hesabatları yerləşdirilir.

Veb saytda gündəlik yenilənən “xəbərlər” bölməsində keçirilən elmi seminarlar, elmi şuranın iclasları, görüşlər, əməkdaşların elmi əsərləri, xarici elmi ezamiyyətləri haqqında məlumatlar müntəzəm olaraq öz əksini tapır. İnstitutda baş vermiş mühüm hadisələr, yubileylər, elanlar, mükafatlar da bu bölmədə yerləşdirilir. Qeyd etmək yerinə düşər ki, veb səhifədə 2016-cı il ərzində 231 xəbər və elan yerləşdirilmişdir. Xəbərlər müvafiq olaraq aylar və illərə görə arxivləşir və istənilən zaman bu xəbərlərə baxmaq mümkündür.

Saytda dissertasiya şurası bölməsi 7 alt bölməni özündə birləşdirir. Bu bölmədə dissertasiyalara dair tələblər, təqdim edilən sənədlərin siyahısı, tövsiyə edilən elmi nəşrlər haqqında ətraflı məlumat əldə etmək olar. Onu da qeyd edim ki, müdafiədən öncə iddiaçıların avtoreferatları “dissertasiyaların avtoreferatları” bölməsinə yerləşdirilir. Bu da maraqlanan hər kəs üçün avtoreferatların əlçatan olmasını təmin edir.

“Nəşrlər” bölməsində institut alimlərinin il ərzində çap etdirdikləri məqalə, kitab, konfrans materialları yerləşdirilir.

Saytda müxtəlif kombinasiyalara uyğun axtarış sistemi mövcuddur. Bu axtarış sistemi ilə qısa bir zaman kəsiyində lazım olan məlumatı çevik tapmaq mümkündür. 2016-cı il ərzində www.imm.az saytına dünyanın 138 müxtəlif ölkəsindən 52.000-ə yaxın baxış olmuşdur.

(ardı var)

 





03.04.2017    çap et  çap et