525.Az

Milli Qəhrəman Fərhad Hümbətov anıldı


 

Milli Qəhrəman Fərhad Hümbətov anıldı<b style="color:red"></b> Binəqədi rayonunda cəbhədə gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə rayon İH başçısının müavini Aygün Əliyeva, İH başçısı Aparatının şöbə müdirləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən məktəbəqədər və orta təhsil, səhiyyə və digər müəssisələrinin, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar, YAP Binəqədi rayon təşkilatının fəalları və gənclər iştirak edib.

Tədbirdən öncə Milli Qəhrəmanın abidəsi ziyarət olunub.

Sonra tədbiri açıq elan edilib və Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirib, Vətən uğrunda canlarını qurban vermiş şəxslərin ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırıblar.

Sonra çıxış edən Milli Qəhrəmanın anası Salatın Hümbətova oğlunun keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıb.

İH başçısının müavini Aygün Əliyeva çıxış edərək ərhad Hümbətovun timsalında şəhidlərin, milli qəhrəmanların cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib.
Anım tədbiri bədii kompozisiyalarla yekunlaşıb.

Tədbirdən sonra Milli Qəhrəman Fərhad Hümbətovun anım günü ilə bağlı ehsan süfrəsi açılıb.
 





03.04.2017    çap et  çap et