525.Az

Bu gün Milli Məclisdə Gülər Əhmədovanın məsələsinə baxılacaq


 

Bu gün Milli Məclisdə Gülər Əhmədovanın məsələsinə baxılacaq<b style="color:red"></b>

Bu gün - oktyabrın 1-də Milli Məclis 2012-ci il payız sessiyasının ilk plenar iclasını keçirəcək.

Modern.az saytı xəbər verir ki, əvvəlcədən iclasın gündəliyinə 17 məsələ daxil edilib.

Amma parlamentin bugünkü iclasında Gülər Əhmədova ilə bağlı videoqalmaqal da müzakirə ediləcək. Deputatlar son günlər ölkə siyasi həyatında ciddi rezonans doğuran, keçmiş ABU-nin eks-rektoru Elşad Abdullayev tərəfindən yayılan gizli videoçəkilişlə bağlı öz münasibətlərini açıqlayacaqlar. Gülər Əhmədovanın da deputat toxunulmazlığının ləğv ediləcəyi gözlənilir.

Konstitusiyanın 89-cu madddəsinə görə, deputat cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda o, mandatdan məhrum edilir.

Konstitusiyanın 90-cı maddəsində isə göstərilib ki, Milli Məclisin deputatının toxunulmazlığına Baş prokurorun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

Amma sentyabrın 28-də 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Gülər Əhmədova özü mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib. Gülər Əhmədova ərizəsində məlum videomaterialı əsas gətirərək deputatlığına xitam verilməsini istəyib. Məktub müəllifi qeyd edir ki, o, istintaqın obyektiv araşdırılmasına köməklik etmək niyyətindədir. Bu məqsədlə o, belə hesab edir ki, bundan sonra Milli Məclisin deputatı kimi qalmağı ictimaiyyət arasında istintaqa təsir kimi qiymətləndirilə bilər. Buna görə Gülər Əhmədova məktubda ölkə Konstitusiyasının 89-cu maddəsinin 5-ci bəndinə istinad edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından imtina etdiyini və bu haqda qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsini xahiş edib.

Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar  deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilib

 





01.10.2012    çap et  çap et