525.Az

“Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəyişilməzdir”


 

“Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəyişilməzdir”<b style="color:red"></b>

“Dağlıq Qarabağ məsələsinə yanaşmada Türkiyənin mövqeyi dəyişilməzdir”.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu AKP-nin dünənki qurultayında bu partiyanın sədri və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.

Baş nazir əlavə edib ki, Türkiyənin bu mövqeyini Ermənistan və onun dəstəkçiləri də bilməlidir: “Azərbaycanlı qardaşlarımızın haqları bərpa olunmayana qədər bizim mövqeyimiz dəyişməyəcək”.

Qeyd edək ki, AKP-nin bu gün keçirilmiş IV qurultayına dünyanın müxtəlif ölkələrindən 200-ə qədər qonaq qatılıb.

Azərbaycandan qurultayda Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

 





01.10.2012    çap et  çap et