525.Az

Arda Turan Ələkbər Məmmədovun əlindən öpdü


 

Arda Turan Ələkbər Məmmədovun əlindən öpdü<b style="color:red"></b> Bakıda səfərdə olan Madridin “Atletiko” klubunun üzvləri üçün  ziyafət mərasimi təşkil olunub.

Qol.Az-ın məlumatına görə, ziyafətdə “Atletiko”nun üzvləri ilə yanaşı,  Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov,  Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycanın millət vəkilləri,   klub rəhbərləri,  Azərbaycan futbol veteranları və media nümayəndələri iştirak edib. 

Tədbirdə Azərbaycanın sənət adamlarının çıxışı, xüsusilə, müğənni Tünzalə Ağayevin ifası  "Atletiko" komandasının üzvlərinin əksəriyyətinin böyük marağına səbəb olub. 

Tədbirdə Türkiyə milli komandasının  “Atletiko”lu hücumçusu Arda Turan  Azərbaycan futbol veteranları İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Oqtay Abdullayev, Asim Xudiyev, Ələkbər Məmmədovla görüşüb. Ziyafətin ən diqqətçəkən məqamlarından biri isə  Arda Turanın Azərbaycan futbolunun  82 yaşlı əfsanəsi Ələkbər Məmmədova yaxınlaşaraq onun əlindən öpməsi olub. Ələkbər Məmmədov isə yeni çapdan çıxan kitabını öz imzası ilə türk futbolçuya hədiyyə edib.
 





30.04.2013    çap et  çap et