525.Az

Gürcüstan parlamenti Kutaisidə fəaliyyət göstərəcək


 

Gürcüstan parlamenti Kutaisidə fəaliyyət göstərəcək<b style="color:red"></b>

Gürcüstanda seçiləcək yeni parlament Kutaisidə fəaliyyət göstərəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisdəki parlament binasının otaqlar tam boşaldılıb və bina təmirə dayanıb.

Gürcüstanın yeni parlamentində 150 deputat olacaq. Parlamentin ilk iclası seçkilərin yekunu mətbuatda dərc olunduqdan sonra çağırılacaq. Parlament iclasının nə vaxt keçirilməsini prezident təyin edəcək.

Parlament seçildikdən sonra prezident Mixail Saakaşvilinin təqdimatı ilə yeni baş nazir və hökumət təsdiq olunmalıdır. Yeni parlament yaradıldıqdan sonra 2013-cü il üçün yeni baş naziri seçkinin yekunlarına görə, birinci yerə çıxan partiya, yaxud seçki bloku 76 səs çoxluğu ilə parlamentdə təsdiq etməlidir.

Qeyd edək ki, bu gün keçiriləcək parlament seçkilərində 16 seçki subyekti - 14 partiya və 2 blok iştirak edəcək.

Parlament seçkilərində iştirak etmək üçün 3 613 851 seçici qeydiyyatdan keçib.

Seçkiləri 50 yerli və 61 beynəlxalq təşkilatlar müşahidə edəcək. Seçkiləri 138 yerli və xarici jurnalist işıqlandıracaq.

 





01.10.2012    çap et  çap et