525.Az

Allahım, sahib çıx yaratdıqlarına!.. - Xalq şairi Fikrət Qoca yazır


 

Allahım, sahib çıx yaratdıqlarına!.. - <b style="color:red">Xalq şairi Fikrət Qoca yazır</b>

Suriyada əhalinin üstünə atılan kimyəvi bombalardan boğulan, sudan çıxmış balıq kimi nəfəsi çatışmayan çocuqları ekrandan izlədim.

Azərbaycanda, öz evimdə mənim də havam çatışmadı, az qala boğulurdum. Bu, bəşəriyyətə qarşı cinayətdir. İndi cinayəti də bir-birinin üstünə atırlar.

Allahım, doğrusunu sən bilirsən.
Bunlar çamırı
Bir-birinin üstünə atır.
Belələri bərkə düşəndə
Atasını da satır.
Allahım, bu qısası sən al,
demirəm qəzaya sal,
yox qisası belə asan alma.
Belə asan öldürmə,
Onun kimi düşmənləri,
Onun kimi düşünənləri
Sevindirmə, güldürmə.
Qoy yaşasın uzun əzabla,
Uzun zaman boyunca.
Hamı ondan bezincə,
Özü yaşamaqdan cana doyunca.
Nə ağla dolsun,
Nə də dəli olsun.
Uzun bir ömür yaşasın
Hər anı vahiməli olsun!..
Hamı baxsın heç kəs onun,
Qubarını görməsin.
Əkdiyinin barını görməsin.
Ölümə möhtac olsun.
Həmişə əli qabarlı,
Qarnı ac olsun.
Dərdi çox acı olsun.
Əlacı olmasın.
Onları ağlamağa
Ana, bacı olmasın.
Amma balasına dəymə,
Bala hamıya baladı, Allahım.
Bala ölümü ağır bəladı, Allahım.

07.04.2017

 





11.04.2017    çap et  çap et