525.Az

"Azercell"dən "Azercell"ə belə yığın


 

"Azercell"dən "Azercell"ə belə yığın<b style="color:red"></b>

“Azercell” şəbəkə daxilində yığım qaydalarını dəyişir. Oktyabrın 1-dən digər “Azercell” nömrəsinə zəng edən abonentlər nömrənin əvvəlində mütləq 050/051 prefiksini yığmalıdırlar.

Həm zəng, həm SMS/MMS xidmətləri, həm də digər xidmətlərdən istifadə edilərkən bu qaydaya əməl olunmalıdır.

Şirkətdən “Media forum” saytına bildiriblər ki, “Azercell” 1 ay müddətində abonentlərin yeni qaydaya alışmasına yardım edəcək:

“Oktyabr ayının 1-dən abonent müvafiq yığım qaydasına riayət etmədən zəng edərsə, xəbərdarlıq anonsu səslənəcək, lakin yığılan nömrə ilə bağlantı mümkün olacaq. 1 noyabr 2012-ci ildən isə bağlantı yaradılmayacaq.

Həmçinin nömrənin əvvəlində prefiks yığılmadıqda SMS/MMS göndərilməsi və digər xidmətlərdən istifadə mümkün olmayacaq. Odur ki, bundan sonra telefonun yaddaşında saxladığınız “Azercell” abunəçilərinin nömrələrinin əvvəlinə müvafiq prefiksi yazmağı unutmayın”.

 





01.10.2012    çap et  çap et