525.Az

“Mübariz” filmi çəkilir - Video


 

“Mübariz” filmi çəkilir - <b style="color:red">Video</b>

Türkiyənin tanınmış film və televiziya proramları şirkəti olan “Renk Media” Milli Qəhraman Mübariz İbrahimova həsr etdiyi “Mübariz” filminin çəkiliş üçün hazırlıqlarını tamamlayıb.

Politoloq Ramiz Alıyevin idea müəllifliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirilən layihənin üzərində artıq 2 ilə yaxındır ki, işlər gedir və artıq yaxın günlərdə filmin çəkilişinə başlanılacaq.

Filmi çəkən şirkətin sahibi Hamit Tuncel qeyd edib ki, biz bir millət iki dövlət olduğumuz üçün Milli Qəhraman Mübariz İbrahimov həm Azərbaycanın, həm də Türkiyənin Milli Qəhramanıdır:
 
“Belə bir qəhraman haqqında film çəkmək ideası Azərbaycandan olan dostum, qardaşım politoloq Ramiz Alıyevdən mənə gəldikdə çox sevindim və dedim ki, mənim və komandam üçün bu böyük bir şərəf olar.

Filmdə Türkiyənin ən məşhur seriallarında baş rolda oynayan aktyorladan və aktrisalardan istifadə ediləcək.
Filmin çəkilişlərini isə beynəlxalq sahələrdə mükafat almış, filmləri və serialları milyonlarla adam tərəfindən izlənilən rejissorlar tərəfindən çəkiləcəkdir. Bu filmin baş rol ifaçısı bütün dünyanın yaxından təqib etdiyi, Orta Şərq və Avropada sevilən bir aktyor olacaq.

Nəticə etibarilə Orta Şərq və Avropada yaxşı bir tamaşaçı kütləsinə qovuşmuş olacağıq. Bu filmdə Azərbaycanın illərdir müdafiə etdiyi haqlı iddiaları Xocalı və Qarabağ haqqında bölmələr də olacaq, milli davamızı bütün dünyaya izah etmiş olacağıq”.

H.Tuncel bildirib ki, film yalnız Azərbaycanda və Türkiyədə nümayiş olunmayacaq: “Bağladığımız əməkdaşlıq müqavilələrinə əsasən Avropanın və dünyanın bir çox kinoteatrlarında bu film izləniləcək. Filmdə istifadə olunacaq vizual efekt və animasiyalar dünyanın ən keyfiyyətli studiyalarında qurulacaq. Musiqi təribatları isə dünyaca məşhur "Capitol" studiyalarından dəstək alınaraq ediləcək. Ərsəyə gətirəcəyimiz bu film keyfiyyət etibarilə Ameriak filmlərindən fərqlənməyəcək. Əlbəttə ki, bizim Azərbaycanda əməkdaşlıq etdiyimiz prodakşnlardan biri ilə yenə də əməkdaşlıq edəcəyik. Yəni, filmdə əsas rolları həm Türkiyə, həm də Azərbaycandan olan aktyor və aktrisalar ifa edəcək. Nəticədə, gözəl bir layihə ortaya qoyacağıq”.

Ceyhun ABASOV

 





18.04.2017    çap et  çap et