525.Az

Xoreoqrafiya Akademiyasında Əfrasiyab Bədəlbəyli yad edildi


 

Xoreoqrafiya Akademiyasında Əfrasiyab Bədəlbəyli yad edildi<b style="color:red"></b>

Aprelin 17-də Bakı Xoreoqrafiya Akademiyasının Akt zalında Akademiyanın Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə "Əfrasiyab Bədəlbəyli 110. Azərbaycan baleti ənənəvi incəsənət növləri sintezi kontekstində" mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində Əfrasiyab Bədəlbəyli fenomeni barədə danışıb. Professor vurğulayıb ki, Azərbaycanın və müsəlman Şərqinin ilk baleti olan "Qız qalası"nın müəllifi Əfrasiyab Bədəlbəylinin bugünlərdə 110 illik yubileyi qeyd edilir. Bu da nəinki Azərbaycan milli mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə sevgi və ehtiramın təcəssümü, eyni zamanda müsəlman Şərqinin incilərinə olan qayğının bariz nümunəsidir. Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi ili çərçivəsində bu kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Seminarda Bakı Xoreoqrafiya Akademiyasının Bakalavr və magistratura şöbəsinin müdir müavini Eteri Cəfərova və Bakı Xoreoqrafiya Akademiyasının "İnstrumental ifaçılıq" ixtisası üzrə 1-ci kurs magistr tələbəsi Vüsalə Zöhrabova məruzələrlə çıxış edərək, dahi bəstəkarın həyat və yaradıcılığından söz açıblar.

Seminarda Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə  prorektoru Gülnaz Abdullazadə, BMA professoru Zemfira Haqverdiyeva-Qafarova, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova bəstəkarın Azərbaycan musiqi və teatr mədəniyyətindəki, milli xoreoqrafiya sənətinin inkişafındakı rolu barədə və dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışıblar.

Seminarda Bakı Xoreoqrafiya Akademiyasının və digər sənət ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti nümayəndələri, tanınmış sənətkarlar və pedaqoqlar iştirak ediblər.

 





19.04.2017    çap et  çap et