Türkiyədə 2017/2018 futbol mövsümünün başlama vaxtı məlum olub.
Qol.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, superliqa avqustun 11-də, 2-ci və 3-lü liqanın oyunları isə avqustun 26-27-də start götürəcək.
Bundan başqa, federasiya Türkiyə superkubokunun da vaxtını açıqlayıb. Superliqanın qalibi və Türkiyə kubokunu qazanan komandalar arasında görüş avqustun 6-da keçiriləcək.
Superkubokun harada oynanılması və superliqanın tam təqvimi qarşıdakı həftələrdə açıqlanacaq.