525.Az

Suriyada rusiyalı hərbi müşavir həlak oldu


 

Suriyada rusiyalı hərbi müşavir həlak oldu<b style="color:red"></b> Suriyada terrorçular hökumət qüvvələrinin hərbi qarnizonuna hücum ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bun barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
 
Məlumata görə, hücum nəticəsində rusiyalı hərbi müşavir, mayor Oleq Bordov həlak olub. Suriya hərbçilərinə təlim keçən rusiyalı zabit, komandanlığı öz üzərinə götürərək, terrorçuların şəhərciyə soxulmasının qarşısının alıb.
 
Döyüş zamanı Oleq Bordov ağır güllə yaralı alaraq, həlak olub.  O, ölümündən sonra mükafata layiq görülüb. 
 
Rusiya Müdafiə Nazirliyi xarici mətbuatda hücum zamanı guya iki rusiyalı hərbçinin həlak olması barədə yayılan xəbərləri təkzib edib.
 





21.04.2017    çap et  çap et