525.Az

Çağdaş Ukrayna şeiri - “Kişi, qadın və çətir”


 

Çağdaş Ukrayna şeiri - <b style="color:red">“Kişi, qadın və çətir”</b>

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bütövlük, vəhdət təşkil edir.

Şeirləri dilimizə tanınmış Azərbaycan şairləri Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtopraq çeviriblər.

Kitabın redaktoru Yaşar Əliyev, ön sözün müəllifi Salam Sarvandır.

 





21.04.2017    çap et  çap et