525.Az

Ekoloji problemlərlə bağlı maarifləndirmə başladı


 

Ekoloji problemlərlə bağlı maarifləndirmə başladı<b style="color:red"></b>

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənclərin Ekoloji Maarifləndirmə Proqramı”na start verib.

Azərbaycanda aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları həyata keçirilsə də cəmiyyətin hər üzvü bu sahədə dövlətlə bərabər fərdi şəkildə iştirak etməli, bunun üçün cəmiyyətdə daha geniş ekoloji maarifləndirmə işləri aparılmalıdır. 

Məhz bu baxımından, təşkilat olaraq gənclərin EKOMƏKTƏBİ, yəni ekoloji maarifləndirmə proqramını həyata keçirir.

Layihənin icra olunduğu Mingəçevir şəhərində yerləşən zavod, fabriklərdə və çayətrafı ərazilərdə monitorinq keçiriləcək, gənclərin iştirakı ilə təşkil olunacaq ekskursiyalar zamanı onlar arasında “Ekoloji müsabiqə”lər təşkil olunacaq.

Ekskursiyalar yalnız gəzinti xarakterli deyil, eyni zamanda iməclik şəklində olacaq. Fəal gənclər  mükafatlandırılacaq.

Layihənin hədəf auditoriyası məktəblilər və gənclərdir. Əyani vəsaitlərin daha geniş kütləyə çatdırılması üçün layihəyə cəlb ediləcək könüllülər bu vəsaitləri şəhərin müxtəlif yerlərində insanlara paylayacaqlar.

Layıhənın icrasının nəticəsi olaraq cəmiyyətdə ekologiya haqda biliklər formalaşacaq, ictimaiyyətin və bilavasitə aidiyyatı orqanın diqqəti bu sahəyə yönəldiləcək. Bu sahədə təcrübəsi olan insanlarla fikir mübadiləsi aparılacaq, həyata keçirilən ekoloji tədbirlər nəinki paytaxtda, həmçinin regionlarda da gəncləri məsələ ilə yaxından taniş etmiş olacaq. 

Martın 1-də start götürəcək layihə iyunda yekunlaşacaq.

 





21.04.2017    çap et  çap et