525.Az

Yalçın Qocanın xatirəsinə - şeir


 

Yalçın Qocanın xatirəsinə - <b style="color:red">şeir</b>

Xalqımızın dəyərli oğlu, Xalq şairi Fikrət Qocaya üz verən ağır itkinin təsiri ilə...

Dünyadan bir şair getdi,
Üz qoydu üzü qibləyə...
Bir yanı Kərbəla çölü,
Bir yanı bənzər Kəbəyə...

Ömürdən bir udum aldın, 
İçdin .... içini odladı.
Bir andaca qoca əsri,
Vaxtın özünü adladın!

Keçdin zamandan-zamana,
Bir tabutdu... bir bələkdi...
Pıçıldadı Fikrət Qoca:
"Ömür onsuz da gödəkdi!"

Mən ki, səni heç görmədim,
Bilmədim saçın nə rəngdi.
Səxavətin nə boydadı,
Bəs ağrın, acın nə rəngdi...

İndi kədər tüstüsündə,
Acışan gözəm, qardaşım!
Başı namərd kötüyündə,
Kəsilən sözəm, qardaşım!

Şairlər heç vaxt qocalmır,
Şairlər hər vaxt uşaqdı.
İndi nə deyib ağlayaq,
Şairlər ölmür də, axı!

Çalar laylanı küləklər,
Buludlar nisgil daşıyar.
Bu dünyanın yaddaşında
Bir Yalçın Qoca yaşayar!..

 





25.04.2017    çap et  çap et