525.Az

“DOLU”nun jurnalistlər üçün təqdimatı keçiriləcək


 

“DOLU”nun jurnalistlər üçün təqdimatı keçiriləcək Sentyabrın 5-də, saat 11:30-da “Nizami” Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “DOLU” bədii filminin yalnız mətbuat işçiləri üçün təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, bəstəkarı Polad Bülbüloğlu, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəzərovdur.

Baş rollarda Məmməd Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov, Rza Rzayev və başqaları çəkiliblər.
 





02.09.2012    çap et  çap et