525.Az

Qobustanda yeni xəstəxana tikiləcək


 

Qobustanda yeni xəstəxana tikiləcək<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Qobustan Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikilməsi haqqında sərəncam imzalayıb.
 
525. az-ın məlumatına görə, sərəncamla Qobustan Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
 
 





02.05.2013    çap et  çap et