525.Az
"Çelsi" və "Benfika" finalda
UEFA Avropa Liqasının finalçıları məlum olub.
Qol.Az-ın məlumatına görə, azərbəycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun Portuqaliyada baş tutub. Belə ki, “Benfika” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Bu komandalar arasındakı ilk oyun Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. "Fənərbaxça" ilk dəfə avroliqanın finalına vəsiqə qazanaraq tarixi uğura imza atmağa yaxın olsa da, 1:3 hesabı ilə uduzaraq bunu bacarmayb. İki oyunun nəticəsinə görə 3:2 hesabı ilə "Benfika" üstün olub və finala vəsiqə qazanıb. Digər oyunda “Bazel” "Çelsi"nin qonağı olub. İlk oyunda rəqib meydanında 2:1 hesabı ilə qalib gələn ingilis klubunun əvvəlcədən şansı çox görünürdü. Oyunda ilk qolu qonaqlar vursa da, "Çelsi" bunun əvəzini on dəqiqə ərzində vurduğu üç qolla çıxıb. Beləliklə görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb və London klubu adını finala yazdırıb.
Beləliklə avroliqanın finalında "Çelsi" və "Benfika" qarşılaşacaq.
UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları
2 may
00:05. “Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə) - 3:1
İlk oyun (0:1)
Qollar: Qaytan, 9 (1:0), Kuyt, 23-pen (1:1) Kardoso, 35 (2:1), 67 (3:1)
00:05. “Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə) - 3:1
İlk oyun (2:1)
Qol: Salah, 45 (0:1), Torres, 50 (1:1), Mozes, 52 (2:1), David Luiz, 59 (3:1)
03.05.2013 çap et