525.Az

Misir Mərdanov bölgələrdə müəllim çatışmazlığından danışdı


 

Misir Mərdanov bölgələrdə müəllim çatışmazlığından danışdı<b style="color:red"></b>

"Bölgələrdə müəllim çatışmazlığı problemini həll etmək üçün mütləq təhsil sistemində rasionallaşdırma tədbirləri aparılmalıdır".

Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, artıq 10 ilə yaxındır ki, bu məqsədlə xüsusi dövlət proqramı həyata keçirilir. Proqramın həyata keçirilməsi nəticəsində bu problem, demək olar ki, həll edilə bilib:

“Ancaq yalnız bu istiqamətdə iş aparmaqla problemi həll etmək olmaz. Hökmən təhsil sistemində rasionallaşdırma tədbirləri aparılmalıdır. Mən bu yaxınlarda Qusar və İsmayıllıda konfransda iştirak etdim. Bəlli oldu ki, həmin rayonlarda, eləcə də digər ucqar rayonlarda 9 şagirdi olan 9 illik orta məktəblər var. Belə məktəblərin sayı çoxdur. Belə şəraitdə əlbəttə ki, müəllim təminatı problemi heç vaxt həll olunmayacaq".

M.Mərdanov bu səbəblərlə əlaqədar rasionallaşdırma tədbirlərinin həyata keçirilməsini zəruri sayıb.

S.QARAYEVA

 





01.10.2012    çap et  çap et