525.Az

“Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnir keçiriləcək


 

“Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnir keçiriləcək<b style="color:red"></b> Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 4-də “Kempinski Badamdar” mehmanxanasının “Qəbələ” zalında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnir keçiriləcək.  

Gənclər və İdman Nazirliyinin və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə 26 ali təhsil müəssisəsindən 60 komandanın iştirakı nəzərdə tutulur. Turnir 4 tur üzrə 60 sualdan ibarət olacaq, qaliblər mükafatlandırılacaq.
 
GÜNEL
 





03.05.2013    çap et  çap et