525.Az

Intel-in yeni baş direktorunun adı açıqlanıb


 

Intel-in yeni baş direktorunun adı açıqlanıb<b style="color:red"></b> Brayan Krjaniç Intel şirkətinin yeni baş direktoru olacaq.
 
O, bu vəzifədə şirkətə səkkiz il rəhbərlik etmiş Pol Otellinini əvəz edəcək. Öz xahişi ilə istefa verən P.Ottelinin şirkəti tərk edəcəyi 2012-ci ilin noyabrında elan edilmişdi.
 
Lenta-nın məlumatına görə, yeni rəhbər vəzifəsini Intel-in səhmdarlarının mayın 16-da keçiriləcək yığıncağında tutacaq. Həmin gün şirkətin yeni prezidenti xanım Rene Ceyms də vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
 
B.Krjaniç 30 ildən çoxdur Intel-də çalışır. O, 1982-ci ildə Intel-in istehsal müəssisəsində idarəedici vəzifəsinə qəbul edilib. 2012-ci ilin yanvarından B.Krjaniç əməliyyat direktoru vəzifəsini tutub.
 
O, Intel-in tarixində say etibarilə altıncı baş direktor olacaq.
 





03.05.2013    çap et  çap et