525.Az

Bakıda sürüşdürülən bina çat verdi


 

Bakıda sürüşdürülən bina çat verdi<b style="color:red"></b> Bakı şəhərinin Füzuli küçəsi 39 ünvanındakı sürüşdürülən tarixi binanın (Hacıniskinin evi kimi tanınan tikili nəzərdə tutulur - red.) sakinləri binada çatların yaranması ilə bağlı hafta.az saytına məlumat verib. Lent.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, sentyabr ayında binaya qayıtmaqları planlaşdırılsa da, yaranan problem onları narahat edir. Onları narahat edən səbəb isə binada çatların yaranmasıdır.
 
Məlumata görə, bina sürüşdürülərkən divarları bərkitmək və uçmaqdan qorumaq üçün pərçimlənmiş metal konstruksiyalar hələ də sökülməyib. Tavanla divarı birləşdirən yerdə quraşdırılmış dəmir borular binanı sürüşdürmək üçün istifadə olunub. Çatların çoxu da divarın konstruksiyaları qurulan yerlərindədir. Bu da onu göstərir ki, çatlar binanın sürüşdürülməsi ilə bağlı görülən işlərdən sonra ortaya çıxıb
 





06.05.2013    çap et  çap et