525.Az

Aygün Kazımovanın həbs olunmuş qardaşından xəbər var


 

Aygün Kazımovanın həbs olunmuş qardaşından xəbər var<b style="color:red"></b>

Xalq artisti Aygün Kazımovanın dələduzluq üstündə həbs edilmiş qardaşının işini Daxili İşlər Nazirliyi (DİN) araşdırır.

Milli.Az-ın məlumatına görə, müğənninin qardaşı Kazım Kazımzadənin barəsində başlanmış cinayət işi Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsindən alınaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə verilib.

Xatırlatma üçün bildirək ki, bina tikintisi ilə məşğul olan K.Kazımzadəni bu ilin yanvarında Xətai Rayon Polis İdarəsi cinayət axtarış şöbəsinin əməkdaşları etibardan sui-istifadə edərək bir mənzili bir neçə nəfərə sataraq vətəndaşların pulunu mənimsəməkdə şübhəli bilərək məsuliyyətə cəlb edib.

Aldadılan mənzil sahibləri tərəfindən idarəyə daxil olan çoxsaylı şikayət ərizələri əsasında K.Kazımzadə barəsində hələ 2011-ci ildə cinayət məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində işi araşdıran müstəntiq Qasım Qasımzadə açıqlamasında bildirdi ki, cinayət işi üzrə istintaq hazırda davam etdirilir. Müstəntiq hazırda həbsdə olan K.Kazımzadənin əməlindən neçə nəfərin ziyan çəkməsi, istintaqın gedişi barədə məlumat vermədi.

 





01.10.2012    çap et  çap et