525.Az

FEAS baş ofisini İstanbuldan Yerevana köçürür


 

FEAS baş ofisini İstanbuldan Yerevana köçürür<b style="color:red"></b>

Avrasiya Birjaları Federasiyası (Federation Euroasia Security, FEAS) baş ofisini İstanbuldan Ermənistanın paytaxtı Yerevana köçürür.

"APA-Economics" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, FEAS prezidentinin və Misirin birja sədri Məhəmməd Omranın federasiya üzvlərinə ünvanladığı məktubda mayın 16-sı Tehranda keçirilən növbədənkənar ümumi toplantıda təşkilatın baş ofisinin İstanbuldan Yerevana köçürülməsi ilə bağlı qərar qəbul edildiyi bildirilib.

Birja iştirakçılarının bəziləri Türkiyənin qurduğu federasiyanın baş ofisinin Ermənistana köçürülməsini uğursuz addım kimi dəyərləndirib.

Qeyd edək ki, FEAS 1995-ci ildə təsis edilib.

 





19.05.2017    çap et  çap et