525.Az

Çexiyanın Karla Enqlişe Universitetinin rektoru ADU-da


 

Çexiyanın Karla Enqlişe Universitetinin rektoru ADU-da<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Çexiyanın Karla Enqlişe Universitetinin rektoru Yarmila Vaşulkova ilə görüşüb.

Görüş zamanı professor Ə.Abdullayev Yarmila Vaşulkovanı universitetdə görməkdən məmnun olduğunu deyib.

Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışan professor ADU-nun nüfuzlu ali təhsil ocağı olduğunu qeyd edib.

O, ADU-nun dünyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini bildirib.

Ə.Abdullayev Çexiya universitetləri ilə də əməkdaşlığın vacibliyini vurğulayıb.

Y.Vaşulkova ADU-da olmaqdan məmnunluğunu bildirib.

O, Azərbaycana heyran olduğunu və ölkəmizi çox sevdiyini deyib.

Təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışan Y.Vaşulkova onun fəaliyyət istiqamətlərindən söz açıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

S.QARAYEVA

 





19.05.2017    çap et  çap et