525.Az

Ermənilərin yaydığı videoya rəsmi münasibət


 

Ermənilərin yaydığı videoya rəsmi münasibət <b style="color:red"></b> "Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin guya öz bölmələrinin mövqelərini minaatanlardan vurmasını əks etdirən videomaterial yayıb".
 
Bu barədə 525.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
 
Qeyd olunub ki, döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan tərəfi bunun əvəzini virtual məkanda çıxmağa uğursuz cəhdlər göstərir:

“Hazırda cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən, Tərtər-Ağdərə istiqamətində yerləşən ön xətt bölmələrimiz hazırlıq planına əsasən döyüş vəziyyətinə uyğun şəraitdə atış məşqləri keçirir.

Videodakı partlayışlar isə ermənilərin iddia etdikləri kimi 60 millimetrlik minaatan mərmiləri yox, təlimdə istifadə edilən əl qumbaralarının partlayışıdır. Hətta mütəxəssis olmayan, silahdan azacıq anlayışı olan şəxs belə bu partlayışların minaatanların mərmilərinə aid olmadığını asanlıqla təyin edə bilər”.
 





19.05.2017    çap et  çap et