525.Az

Mehriban Əliyeva İslamiadada sərbəst güləş yarışları qaliblərini mükafatlandırdı


 

Mehriban Əliyeva İslamiadada sərbəst güləş yarışları qaliblərini mükafatlandırdı<b style="color:red"></b> IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yığmamıza ikinci qızıl medalı Nurməhəmməd Hacıyev qazandırıb.

Apasport.az saytının məlumatına görə, 97 kq çəkidə mübarizə aparan pəhləvanımız bütün rəqiblərini üstələyib.
 
Həlledici görüşdə iranlı Əmir Muhammadi ilə qarşılaşan Nurməhəmməd 11:2 hesablı qələbə qazanıb.
 
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hacıyevə qızıl medalı Azərbaycanın I vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
 
Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.
 





19.05.2017    çap et  çap et