525.Az

Qardaşı arvadını qətlə yetirib, qızını bıçaqladı


 

Qardaşı arvadını qətlə yetirib, qızını bıçaqladı<b style="color:red"></b>

Bakıda qətl törədilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 30-da qeydə alınıb. Yasamal rayonu ərazisində yaşayan Məmmədağa Ağayev qısqanclıq zəminində qardaşı arvadı Gültəkin Nəsirovanı bıçaqlayaraq qətlə, onun qızı Firəngizə isə xəsarət yetirib.

Hadisəni törədən M. Ağayev Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 





01.10.2012    çap et  çap et