525.Az

Gəncədə qadın, qızı və nəvəsi yol qəzasında öldü


 

Gəncədə qadın, qızı və nəvəsi yol qəzasında öldü<b style="color:red"></b> Gəncədə avtomobil qadını, onun qızını və nəvəsini vurub, onların hər üçü hadisə yerində keçinib.

525.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-da saat 20:55 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Urux Əsgərova, qızı Vəfa Vəliyeva və nəvəsi Xatın vurulub.

Nəticədə hər 3 piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törədən sürücü və avtomobil polis tərəfindən axtarılır.
 





01.10.2012    çap et  çap et