525.Az

Futbol klubunun prezidenti vəfat edib


 

Futbol klubunun prezidenti vəfat edib<b style="color:red"></b>

Türkiyənin “Bursaspor” klubunun prezidenti bu gün dünyasını dəyişib.
 
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Bursaspor”un prezident İbrahim Yazıcı bu gün xəstəxanada dünyasını dəyişib.

65 yaşlı klub prezidentinin “Bursaspor”- “Orduspor” matçında özünü pis hiss etdiyi, xəstəxanaya aparıldığı, lakin reanimasiyada gözlərini əbədi yumduğu bildirlir.

1948-ci ildə anadan olan İbrahim Yazıçı “Bursaspor” klubuna ilk dəfə çempionluq yaşadan prezident kimi klubun tarixinə düşüb.

 





07.05.2013    çap et  çap et