525.Az

"Qırğızıstanda Azərbaycanın gənclər siyasəti modeli tətbiq olunacaq"


 

"Qırğızıstanda Azərbaycanın gənclər siyasəti modeli tətbiq olunacaq"<b style="color:red"></b>

Azad Rəhimov: “Azərbaycanın gənclər siyasəti modelinin Qırğızıstanda tətbiqinə istiqamətində işlər aparılır”

BMT-nin dəstəyi ilə Gənclər və İdman Nazirliyi Azərbaycanda həyata keçirilən gənclər siyasəti modelinin Qırğızıstanda tətbiqi işlərinə başlanıb.
525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir vurğulayıb ki, Azərbaycanda tətbiq olunan gənclər siyasəti modeli Qırğızıstan tərəfinin diqqətinə çatdırılıb və onlarla birgə həmin modelin Qırğızıstanda tətbiq olunması istiqamətində işlər görülür: “Bu əməkdaşlıq bizim üçün çox vacib və şərəflidir. Çünki Azərbaycan ilk dəfə BMT çərçivəsində olan layihəni başqa bir ölkədə icra edir. Bu onun göstəricisidir ki, Azərbaycan yeni bir mərhələ yaşayır və donor ölkə kimi çıxış edir”.

S.QARAYEVA

 





01.10.2012    çap et  çap et