525.Az

Azərbaycanda ipoteka kreditləri kimlərə verilir?


 

Azərbaycanda ipoteka kreditləri kimlərə verilir?<b style="color:red"></b>

Hazırda Azərbaycanda ipoteka kreditləri daha çox elmlə məşğul olan, hərbi qulluqçu gənclərə verilir.

525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, bu siyahını daha da genişləndirmək lazımdır ki, mümkün qədər çox gənc ailələr bu kreditlərdən yararlana bilsinlər. Ali məktəblərdə gənclərin hərbi hazırlığı üzrə dərslərin tədris olunması barədə verilən suala cavabında A. Rəhimov nazirliyə bununla bağlı hər hansı təklif daxil olmadığını deyib:

“Təklif daxil olsa, layihə hazırlayıb, müvafiq qurumlara təqdim edə bilərik”.

 





01.10.2012    çap et  çap et