525.Az

Ukraynanın Dövlət Televiziyası Heydər Əliyevə həsr olunmuş sənədli film çəkir


 

Ukraynanın Dövlət Televiziyası Heydər Əliyevə həsr olunmuş sənədli film çəkir<b style="color:red"></b>

Ukrayna Milli televiziyasının tanınmış jurnalisti Sergey Sivalap və yazıçı-publisist , iqtisad elmlər doktoru Əlibala Məhərrəmzadənin ssenarisi əsasında çəkilən filmdə dahi Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yoluna nəzər salınacaq.

Əlibala Məhərrəmzadə verdiyi açıqlamada bu filmin çəkilişinin əsas səbəblərindən birini, Ulu Öndər Heydər Əliyevin tək xalqımız üçün deyil, dost dövlətlər qarşısında da danılmaz xidmətlərini geniş beynəlxalq cəmiyyətə nümayiş etdirmək olduğunu söyləmişdir. Film sənədli analitik araşdırmalar xətti üzrə qurulub. Əlibala Məhərrəmzadənin bundan öncə bir neçə (“ Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası” “Xocalı Soyqırımı” və digər) analitik kitabların müəllifi olması, Rejissorun və redaktorların təcrübəsi, filmin yüksək peşəkarlıqla hazırlanmasına dəlalət edir. 

Filmdə 20-ci və 21-ci əsrin fenomenal şəxsiyyətlər səlnaməsinə əbədi imza atmış Dahi Öndər Heydər Əliyevin   müstəqil Azərbaycan Dövlətinin qurulmasında və inkişaf etdirilməsində tarixi xidmətləri, onun dünyanın elitar siyasi xadimləri arasında böyük nüfuz  qazanması , dərin və müdrik təfəkkür sahibi kimi  özündən sonra qoyub getdiyi siyasi ideologiyanın  inkişaf dinamikasının sirrlərinə aydınlıq gətiriləcək. Müəlliflər həmçinin  filmdə Ulu öndər Heydər Əliyevin  Ukrayna xalqı qarşısnda göstərdiyi misilsiz xidmətlərini, onun  Çernobl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq  dost ölkənin  bu fəlakətdən  yaxa qurtarmasına  yardımçı olmasını Ukraynanın 1-ci prezidenti Leonid Kravçukun və 2-ci prezidenti Leonid Kuçmanın xoş və yadda qalan xatirələri  ilə tamaşaçıya təqdim edəcəklər . Ukraynada vaxtilə bir çox mədəniyyət, incəsənət və sənaye müəssisələrinin, metro, zavod və fabriklərin inşa olunması bir başa Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilmişdir.

Filmdə bu tarixi xidmətlərə isə Ukraynanın keçmiış dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri  münasibət bildirməklə Heydər Əliyevi Ukraynanın  ən yaxın və sədaqətli dostu kimi xarakteriza edirlər. Filmdə Heydər Əliyevin şərəfli ömür yoluna nəzər salan Ukraynanın ictimai siyasi xadimləri Dahi Öndəri  20-ci və 21-ci əsrin ictimai -siyasi arenasının   1 nömrəli  lideri adlandırmaqla onun xatirəsinin Ukraynada əbədiləşdirilməsinin tarixi əhəmiyyətindən bəhs edirlər .Filmin çəkilişi may ayının sonunda tamamlanacaq. 15 iyun Azərbaycanın Milli Qurtuluş günü Ukraynanın  Milli Televiziyası ilə yayımlanacaq Filmin redaktoru Möhsüm Qədiroğlu , rejissoru isə   Georgi Spasokukotski və Anar Tahirovdur .

 

 





08.05.2013    çap et  çap et