525.Az

Bakıda partlayış oldu


 

Bakıda partlayış oldu <b style="color:red"> </b>

Heydər Əliyev adına Neft Emalı zavodunda güclü partlayış olub, ölənlər, yaralananlar var.

Bu barədə musavat.com-un hadisə yerində olan əməkdaşı məlumat verib.

Reportyorun sözlərinə görə, hazırda o, zavodun önündədir, partlayışdan sonra əmələ gəlmiş yanğının lokallaşdırılması prosesi gedir, jurnalistləri içəriyə buraxmırlar, şəkil çəkməyə qoymurlar. Təxliyə edilən fəhlələr yaxınlıqdakı parka daşınıb.

İlkin məlumata görə, partlayış zamanı 10-a yaxın adam ya ölüb, ya da ciddi xəsarət alıb.

Hazırda FHN-nin xilasediciləri və yanğınsöndürənləri hadisə yerində çalışırlar.

 





01.10.2012    çap et  çap et