525.Az

İradə İbrahimova Tarkanin prodüsseri ilə işləyəcək


 

İradə İbrahimova Tarkanin prodüsseri ilə işləyəcək<b style="color:red"></b> Türkiyədə yaşayan müğənni İradə İbrahimova qardaş ölkənin şou-biznesinə qatılmağa hazırlaşır.

525.az-ın məlumatına görə, müğənni Tarkanın keçmiş prodüsseri və aranjımançısı Ozan Çolakoğlu ilə çalışacaq. Əldə olunan razılığa əsasən İradə İbrahimova Türkiyədə albom çıxaracaq və klip çəkdirəcək.

Müğənninin Bakıda konsert verəcəyi də gözlənilir.

Qeyd edək ki, Ozan Çolakoğlu Türkiyədə Demet Akalın, Gülşən kimi məşhurlarla da çalışıb.
 





01.10.2012    çap et  çap et