525.Az

Mehmet Nuri Parmaksızdan iki esse


 

Mehmet Nuri Parmaksızdan iki esse<b style="color:red"></b>

ÖLƏ-ÖLƏ SEVMƏK... SEVƏ-SEVƏ ÖLMƏK... 

Nəfəs almanın adı qəlb, yaşamanın adı vüsal.

Həsrətin digər adı ölməkmiş... Ölməyin digər adı sevmək, əgər eşq sonsuzluğa dair deyilsə, hesabımıza düşən kədərdir məhşərə qədər.

Ölə-ölə sevir; sevə-sevə ölürəm eşqə. Nəfəs almanın adı qəlb; yaşamanın adı vüsal olur təndə. Heç atarmı deməyin, atır axı iki ürək bir bədəndə.

Quşların qanad çırpdığı ölkə, yağışın vətəni və sonrasında göy qurşağı belimə dolanmış; əlimdə bir cahanın ürək çırpıntıları sonsuzluq məşəlini söndürməməyə çalışıram ürəkdə.

Doluxsunmuş gözlər altında saxlanan kədər göz yaşlarımla paklanır hər gecə. Vüsalı arzulayan ruhum; dualarla və şükürlə səcdə edir qədərə və ümid bir çiçək olub açır hər sabah səhərlə. Göyərçinlər və sərçələr. Sabah azanlarından sonra oyandırmağa çalışır təbiəti və salamla qarşılayırlar yeni doğulan günü.

Ən asan olan düşünməməkdir heç bir şeyi. Düşünən dərdlənir; düşünməyənə hər şey asan.

Sevmək çətindir əlbəttə; sevilmək gözəl olan. Susmaq daha da çətin, elə hey danışanlara qarşı...

Sükut düşmüşsə qədərimizə; kədər buludları hey yağarsa içimizə; təslimiyyəti çətir etməkdən başqa çarə qalmır ki bizə.

Yanmağı və gözləməyi gözə ala bilməyən eşqi istəməsin Rəbbimdən, çünki eşqi diləmək və gerçək eşqi arzulamaq, yanmağa; mütəmadi olaraq haqqa talib olmaqdır son nəticədə.

Çox sevərkən hər nəfəsdə sevdiyini yaşayıb ölmək və öldükcə dillə deyil, qəlbən yenidən ölmək üçün dirilməyi istəmək deyilsə, nədir eşq?

Çox şükür nidaları ilə ələmə qarşı qoymağa çalışmaq, əslində könülə zireh geyindirməkdir eşqdə?

Falçılar yalançıdır; ulduzlar daha doğruçu.

Şükür edən, aşiq üçün vüsal olur həsrətin sonucu. Ölmədən ölməksə dərdimiz və sonsuzluqsa həsrətimiz; doymamaq üzrə eşqə təslim olmadan itməz ki dünyada kölgəmiz.

Eşq bir olmaq və birə aşiq olmaqla nurlu ...

Eşq; yeri gələndə, sevgili üçün ölməklə; nəfsi öldürməklə qürurlu. Təəssüf ki; bu gerçəyi bilmədən yola çıxanların çoxu azarlar yolu.

Eşq ilə hallanan, eşq ilə pardaqlanır ...

Şükürlə və gerçək eşq ilə böyüyən aşiq daima sonsuzluğa yol alır.

Hər günü min əsir kimi yaşayıb
Nəfəslərcə nəfəsdə; qəlbimdəki həvəsdə
Barmağımdakı izdə; yoxuşlarda və düzdə
Bəklədim səni.
Xəyalını göz yaşımla yıkayıb
Gecələri bir tütsü kimi yakıb
Ayrılıq tikənlərini bağrıma tək-tək batırıb
Doğmamış olan gündə.
Fərqindəsənmi bilməm?
Yarınımdakı dündə bəklədim səni. 

SEVDA QAYMAQ BAĞLADI MƏNDƏ 

Torpaqda həyat gizli, məndə eşq...  

Könlümlə, qəlbimlə eşqə uçan quşların diyarıyam; mən, eşq pətəyinə bal gətirən arıyam. Gözləyirəm yarımı, ürəyimin, əllərimin və ömrümün sahibini.

Mən itirdim məni eşqdə. Buxarlandım, əridim həsrətdən. Tel-tel töküldüm; muncuq-muncuq tərlədim eşqin hərarətindən.

Öldükcə ölməyi sevdim xoşbəxtlikdən, hüzurdan. Eşqin kölgəsi kimi həsrət; ah bir vüsalına çata bilsəm. Bir də yarın ovuclarında ölə bilsəm.

Torpaqda həyat gizli, məndə eşq...

Sükutda söz gizli, məndə sevda...

Bitməyəcək bilirəm; doya bilməyəcəm, aldana bilməyəcəm yara. Məndə eşq bağlanmayacaq bir yara.

Bir də heç yaxşılaşmasın, lap bir də ayrılıq daha çox vursun könlümə; yarıma dair deyilmi çəkdiyim? Halal olsun, çünki o mənim qəlbim.

Elə xoşbəxtəm ki sevdamla. Qorxuram kəc baxan gözlərdən, saxta dillərdən, nəzərdən və eşqimi qısqanan hər şeydən.

Eşqin çağlayanıyam mən; çağladıqca ağlaram, ağladıqca çağlaram mən.

Həsrət acımadan vurdu gecələrimə. Vurduqca çalxaladı, çalxaladıqca köpürtdü zalımcasına məni. Amma istədiyi olmadı ki...

O vurduqca özü özünə qaçdı içimdəki köhlən at; çox çalışsa da, könlümü susdura bilmədi, aldada bilmədi şeytan və coşduqca içimdəki həsrət, sevda qaymaq bağladı məndə; hər nəfəsdə içim daha çox bağlandı yara.

Hər doğan gün sevdanın həsrət halında olsam da, şükürdəyəm çox şükür. Vüsalı yaşasam da, şükürdəyəm, həsrətdən dəliyə dönsəm də.

Anladım ki, eşqin dərmanı təslim olaraq sevə bilmək; anladım ki, sevda, sevdiyin üçün ölmək.

Susa bilmərəm ki, mən yarıma. Həmişə susadım; amma heç susamadım ki. Sükut, əlbəttə, gözəldir, lakin sevgiliyə susmaq niyə?

Niyə susmalıymışam ki; həm mən sussam da, içim durmaz ki, içim susmaz ki yara. Hansı aşiq yarın saçlarıyla bir tutaraq əllərini daramış mənim kimi güzgüdə? Hansı aşiq süzmüş mənim kimi sözlərdən baxışı; gözlərdən axışı?

Söyləyin mənə, sevdalanan hansı ürək sağmış, mənim kimi ələmi və xəyalları külək bilib minmiş sevda atına, həsrətdən vüsala doğru sürmüş ömrünü?

Eşqindən dəli hansı Məcnun mənim kimi atmış yorğunluğunu səcdəyə; coşmuş zikrlərdə, üsyandan qorxmuş və hər dəm qaçmış Rəbbinə, yalvarmış, yaxarmış təslimiyyətlə? Sevda qızğın bir çöl kimi görünür baxmağı bilməyənə.

Aşiq üçün o səhra gülüstan; hər qum dənəsi yaxıcılığıyla atəşdən rəngini alan bir güldür əslində. Şikayət aşiqdən olmamalı; hələ bir sevda fəslində. Baxmaq, görmək demək deyil ki, amma görmək bilmək deməkdir.

Gözləməksə, vəhşi səbir atını çətin olsa da, tərbiyə etməkdir.

Xülasə; eşq yar üçün, sevda üçün lazım olarsa, ölmək deməkdir. 

Dağlar, daşlar yamyaşıl dünyaya gəldi bahar,
Səni görməyə dair içimdə bir arzu var.
Sənlə olsun qış olsun, sənlə olsun fərq etməz;
Sənsiz olduqdan sonra könlüm olur tarimar.

 





05.06.2017    çap et  çap et