525.Az

"Bax belədir təbiətim..."


 

ŞABRANLI ŞAİR ZAKİR BAYRAMLININ YARADICILIĞI HAQQINDA QEYDLƏR

"Bax belədir təbiətim..."<b style="color:red"></b>

İndi çoxunun qələmə sarılıb qəlbindəki hissləri, duyğuları şeirə çevirib demək istəyənlərin çoxluğundan gileylənənlər haqqında düşünəndə, nədənsə, istər-istəməz yadıma unudulmaz xalq şairimiz Vaqif Səmədoğlunun misraları düşür:

Nə tələ qurur,
nə quyu qazıram,
Şeir yazıram...

Yaşı yetmişi haqlayan Zakir Bayramlı da erkən cavanlıq yaşlarından şeir yazır.

1964-cü ilidə o zaman rayonlararası qəzet olan "Abşeron"da yeni bir imza göründü: Zakir Bayramlı. Artıq bir il qabaq səkkizinci sinfi bitirən Zakir Bakı Plan-Uçot Texnikumunun tələbəsi olmuşdu. Bir vaxt Səməd Vurğunun tələbə yoldaşlarından oimuş, burada ona ədəbiyyatdan dərs deyən Məmmədiyyə müəllim tələbəsinin şeirə-sənətə məhəbbətini görüb ədəbi yaradıcılığa məhəbbətini daha da artırmışdı. Texnikumda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə şeir demək növbəsi çatanda söz Zakir Bayramova verilərdi. Oxuduğu texnikumun sayılıb seçilən tələbələrindən idi. Görkəmli sənətkarların rəhbərlik etdikləri ədəbi dərnəklərə üzv yazılmışdı. Hüseyn Ariflə qohum olan müəllimlərindən biri onu tanınmış şairlə tanış da etmişdi. İmzası artıq nüfuzlu mətbuat orqanlarında - "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Azərbaycan pioneri" qəzetlərində görünürdü.

Kövrək, həzin duyğular Zakirin qəlbində misralara çevrilir, şerə dönürdü:

"Ana " dedim, "Vətən " dedim,
Dil açarkən ilk sözü mən.
"Ana " dedim, "Vətən " dedim,
Göz açarkən dünyaya mən,
İlk addımda, izimdə mən.

Şabranra yaşayıb yaradan Zakir Bayramlı hələ beş il bundan qabaq çapdan çıxan ilk kitabını "Bir ömür yaşadım..." adlandırıb. Əlbəttə, dolğun, mənalı, məzmunlu yaşanan bir ömrü sonralar ixtiyar çağlarında qürur dolu xatirələrlə yada sala bilərsən. Zakir Bayramlı da belə bir ömür yaşayıb.

Zakir Bayramlı oxucularla növbəti poetik "görüş"ünə elə "İkinci görüş" adlı şeirlər və poemaları toplanmış kitabı ilə gəlib.

Zakirin şeirləri mövzu və janr müxtəlifliyi ilə seçilir. Hər iki kitabı demək olar ki, Vətənə, elə-obaya, yurda, təbiətə, gözəlliyə, xeyirxah insanlara sevgi, məhəbbət, hörmət, ehtiram dolu bir ömür yaşayan yaradıcı insanın poetik düşüncələr toplusudur.

Şair Vətəni belə vəsf edir:

Çıxdım yurdun göz seyrinə,
Dağ seyrinə, düz seyrinə.
Könlüm uçdu söz seyrinə,
Valeh oldum sözün düzü,
Nə gözəlmiş "Vətən" sözü...

Müasirlərimizin duyğu və düşüncələri, Zakirin, necə deyərlər, üz tutduğu əsas mövzulardandır.

Bir ömür yaşadım mən,
Gördüm yüz sevinc, kədər,
Saçlarıma düşüb dən,
Onlar ömrümü bəzər...

Texnikum təhsilindən sonra institut bitirən  Zakir Bayramlı ali təhsilli iqtisadçıdır. Uzun müddət rayon xalq təhsil şöbəsində baş mühasib işləyib. Məktəblə, müəllimlərlə sıx ünsiyyətdə olub. Bəlkə də elə buna görədir ki, onun şeirlərində maarifçilik motivləri, didaktik mövzular da başlıca yer tutur.

Əlbəttə, poeziyanın əbədi mövzularından biri - sevgi, məhəbbət motivləri də Zakirin yaradıcılığında da mühüm yer tutur.

Qocalsam, yaşım ötsə də,
Cavanlıq çağım getsə də,
Saralmayan, heç solmayan
Təravətdən yazacağam,
Məhəbbətdən yazacağam.

Kamillik, xeyirxahlıq, böyüyə-kiçiyə hörmət, ehtiram, Vətəni, ailəni sevmək, bir sözlə layiqli insan, vətəndaş olmaq - bax, Zakirin şair kimi oxucularına öyüd-nəsihəti elə bunlardır.

Yeri gəlmişkən, Zakir Bayramlı qələmini publisistikada da uğurla sınayır. Şabran rayonunda təhsilin keçmişi, bu günü rayonun adlı-sanlı pedaqoqları haqqında "40 il təhsilə bağlı ömür", "Min ilə bərabər yüz il", "Günəşdən nur alanlar" və "Dünyaya açılan pəncərə" adlı sanballı publisistik kitabların da müəllifidir.

Geniş dünyagörüşünə malik oian Zakir Bayramlının maraq dairəsi çox genişdir. Ailə psixologiyası üzrə araşdırmalar aparır, ailənin möhkəmlənməsində maraqlı ideya və təklifləri var. Əsgərlikdə hərbi tribunalda və rayon xalq məhkəməsində iclasçı olarkən bu sahədə maraqlı faktlar toplayıb. Astrologiya ilə çox ciddi məşğul oiur. Onun fikrincə, ailənin möhkəmləndirilməsində Hippokratın temperament tipləri amili və ailə üzviərinin bürclərinin nəzərə alınması vacib şərtdir.

Bir şerində məhəbbətinin qocalmadığından bəhs edən şair bunu öz təbiəti ilə izah edir: "Bax, belədir təbiətim..."

Bax, Zakir Bayramov belədir!

Zakir dostumuza bundan sonra da məhsuldar, əzabları ilə yanaşı, həm də sevincli, şirin-xoş yaradıcılıq uğurları arzulayıram.

 





06.06.2017    çap et  çap et