525.Az

36 min birinci sinif şagirdi


 

36 min birinci sinif şagirdi<b style="color:red"></b>

Bakının orta ümumtəhsil məktəblərinin birinci sinfinə qəbul olunan şagirdlərin sayı 36 minə çatıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorundan 525.az-a verilən məlumata görə, birinci sinif şagirdlərinin sayının artımı paytaxtın orta məktəblərində dərslik qıtlığı yaradıb və əksər məktəblərdən bu məsələ ilə bağlı idarəyə müraciətlər olur. Yaranan problemi aradan qaldırmaq məqsədilə BŞTİ tərəfindən əlavə dərsliklər sifariş ediləcək.

Məlumatda bildirilib ki, birinci sinif şagirdlərinin sayında artım 2005-ci ildən müşahidə olunmağa başlanıb. Lakin bu artım il ərzində 500-600 nəfərdən çox olmadığı halda, cari tədris ilindəki yüksək göstərici ilk dəfə müşahidə edilir. 2011-2012–ci  tədris ilində Bakı məktəblərinin birinci sinfinə qəbul edilən şagirdlərin sayı 32 min 818 nəfər olub.

S.QARAYEVA

 





01.10.2012    çap et  çap et