525.Az

İlham Əliyevin Avstriyaya rəsmi səfəri başlayıb


 

İlham Əliyevin Avstriyaya rəsmi səfəri başlayıb <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri başlayıb.

525.az-ın məlumatına görə, Vyanada prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Ölkə başçısı Vyanadakı Dunay parkında Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib.

Daha sonra prezident Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb.
 
Görüşdə Azərbaycanla “OMV AG” şirkəti arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
 

 





13.05.2013    çap et  çap et